11 may 2016 00:50
Erat Fortunanı tərk etməyə hazırlaşır
Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Erat yayda Almaniyanın "Fortuna" klubunu tərk etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, o, Düsseldorf təmsilçisini Almaniyanın başqa klubuna dəyişəcək. Eratla üçüncü liqada çıxışedən "Proysten" klubu maraqlanır. Lakin klub və futbolçu danışıq apardıqlarına dair xəbərləri təkzib edib.
Almaniya mətbuatı Eratla ikinci Bundesliqa klublarının maraqlandığını da vurğulayıb.
