11 may 2016 20:55

Millimiz son oyunda qalib gəldi, 4 komanda pley-offa yüksəldi

17 yaşadək futbolçular arasında Azərbaycanda keçirilən Avropa çempionatında bu gün "A" və "B" qruplarında son turun görüşləri baş tutub. Azerisport.az xəbər verir ki, millimizin də taleyinə məhz bu gün aydınlıq gəlib.

Azərbaycan millisi həlledici görüşdə Şotlandiya ilə qarşılaşıb. Eyni vaxtda qrupumuzun digər oyununda Portuqaliya Belçika ilə üz-üzə gəlib. Yığmamızın qrupdan çıxması üçün Şotlandiyaya mütləq qalib gəlməsi, portuqalların isə Belçikanı darmadağın etməsi lazım idi. Amma təəssüf ki, digər oyunda arzuladığımız nəticə qeydə alınmayıb. Millmizin rəqibləri qolsuz heç-heçəyə razılaşıblar. Azərbaycan yığması isə Şotlandiya ilə oyunda qalib gələrək, turniri qrup üçüncüsü kimi tərk edib.

B qrupunda isə Bosniya və Herseqovina Ukrayna ilə, Almaniya da Avstriya ilə münasibətlərinə aydınlıq gətirib. Bosniyalılarla almanlar son turda qələbə qazanıblar. Yeri gəlmişkən, Almaniya yığmasının son qolunu Azərbaycan əsilli futbolçu Renat Dadaşov vurub. Bu nəticələrdən sonra Almaniya birinci, Avstriya isə ikinci yerlə növbəti mərhələyə vəsiqə qazanıb.
 
17 yaşlıların Avropa çempionatı
Qrup mərhələsi

11 may

A qrupu

Şotlandiya - Azərbaycan - 0:1 (0:0)
Qol: F.Nəbiyev, 79 (0:1).
Baş hakim: Sveyn Erik Edvartsen (Norveç).
Bakı. "Bakcell Arena".

Şotlandiya: 12. Kiran Rayt, 2. Den Meredit, 4. Eyden Uilson, 5. Deniel Baur, 7. Cek Eytçison, 8. Freyzer Hornbi, 10. Liam Bert (k), 13. Zak Radden, 14. Kayl Makallister, 16. Konnor Maklennan, 18. Liam Heqarti.
Ehtiyat oyunçular: 1. Eyden Makadams, 6. Qlenn Middlton, 9. Luis Morrison, 11. Li Konnelli, 15. Cek Adamson, 17. Brok Uotson.
Baş məşqçi: Skot Qemmill.
Azərbaycan: 22. Murad Popov, 2. Hüseyn Seyliqli, 3. Ricat Qarayev, 5. Elçin Əsədov (k), 6. İbrahim Qədirzadə (11. Nadir Qasımov, 66), 7. Fərid Nəbiyev, 8. Mətin Gülər, 9. Doğukan Öksüz (16. Murad Mahmudov, 31), 10. Pilağa Mehdiyev, 14. İsmayıl Karakaş, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 13. Bahadur Həziyev, 15. Ceyhun Muxtarlı, 17. Barış Əkinciər, 19. Ege Atlam.
Baş məşqçi: Təbriz Həsənov.

Portuqaliya - Belçika - 0:0 (0:0)
Baş hakim: Ville Nevalaynen (Finlandiya).
Bakı. “Dalğa Arena”.

A qrupundakı yekun vəziyyət: Portuqaliya - 7, Belçika - 5, Azərbaycan - 4, Şotlandiya - 0.

B qrupu
 
Bosniya və Herseqovina - Ukrayna - 2:1 (2:0)
Qollar: Haciç, 38 (1:0). Haciç, 40+1 (2:0). Kulakov, 69 (2:1).
Baş hakim: Fran Yoviç (Xorvatiya).
Bakı. "Bakcell Arena".

Almaniya - Avstriya - 4:0 (3:0)
Qollar: Mayzl, 3-öz qapısına (1:0). Akkaynak, 25 (2:0). Haverts, 32 (3:0). Dadaşov, 80+1 (4:0).
Baş hakim: Mitya Jqaneç (Sloveniya).
Bakı. “Dalğa Arena”.

B qrupundakı yekun vəziyyət: Almaniya - 7, Avstriya - 6, Bosniya və Herseqovina - 3, Ukrayna - 1.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.