Qəbələ Qarabağa, Kəpəz Neftçiyə uduzdu
Bu gün Topaz Premyer Liqasında 34-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu dəfə də turun bütün matçları eyni gündə baş tutub.
Son turda "Neftçi"yə məğlub olan AZAL bu dəfə növbəti paytaxt derbisində "Zirə" ilə üz-üzə gəlib. Tərəflərin hərəyə bir qol vurduğu oyunda qalib müəyyənləşməyib.
Bu oyunla eyni saatda Gəncədə "Kəpəz" "Neftçi"ni qəbul edib. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, paytaxt klubu əzmkar qələbəyə sevinib.
Medallar uğrunda mübarizə aparan digər komanda - "İnter" bu tur "Xəzər Lənkəran"ı qəbul edib. Paytaxt klubu rəqibini məğlub yola salmağı bacarıb.
Son pillədən yaxa qurtarmağa çalışan "Rəvan" isə bu dəfə "Sumqayıt"ın qonağı olub. Hesabı qonaqlar açsa da, ikinci yarıda oyunda dönüş yaradan sumqayıtlılar əzmkar qələbəyə imza atıblar.
Nəhayət, turun qapanış matçında çempionluğu təmin etmiş "Qarabağ" mükafatlar uğrunda mübarizə aparan "Qəbələ"ni qəbul edib. Ağdam klubu bu dəfə də inamlı qələbəyə sevinib. "Qarabağ"ın futbolçusu Dani Kintana isə vurduğu növbəti iki qolla çempionatın bombardiri Nelson Bonilyanı haqlayıb.
Topaz Premyer Liqası
34-cü tur
11 may (çərşənbə)
AZAL - “Zirə” - 1:1 (0:0)
Qol: N.Kvirtiya, 68 (1:0). V.İqbekoyi, 86 (1:1).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, İnqilab Məmmədov.
Bakı. "AZAL Arena".
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 4. Qvanzav Maqomedov, 14. İlqar Ələkbərov, 23. Hacı Əhmədov, 10. Nuqzar Kvirtiya, 21. Murad Səttarlı, 77. Adan Koronado, 9. Aydın Qasımov.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 11. Ruslan Nəsirli, 63. Seyidrəzi Ağayev, 27. Aleksandr Quruli, 88. Mirzağa Hüseynpur, 5. Kamil Hüseynov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Zirə”: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 37. Yovan Krneta, 14. Tellur Mütəllimov, 13. Aleksandr Şemonayev (k), 11. Viktor İqbekoyi, 6. Vüqar Mustafayev, 90. Vüsal İsgəndərli, 60. Elvin Məmmədov, 19. Nurlan Novruzov, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 2. Çimezi Mbah, 28. Təmkin Xəlilzadə, 10. İqor İvanoviç, 17. Nicat Qurbanov, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
“Kəpəz” - “Neftçi” - 1:2 (1:0)
Qollar: J.Ebah, 4 (1:0). Anyete, 49 (1:1). R.Qurbanov, 80-pen. (1:2).
Qırmızı vərəqə: T.Quliyev, 90.
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Diniyev.
Gəncə şəhər stadionu.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 19. Orxan Əliyev, 7. Junior Osvaldo, 9. Namiq Ələsgərov, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 15. Azad Kərimov, 4. Elvin Cəbrayılov, 21. Xəzər Qəribov, 27. Bəxtiyar Soltanov, 23. Tural Nərimanov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
“Neftçi”: 53. Maksim Vaylo, 3. Jayro, 4. Rahil Məmmədov, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Anyete, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 26. Kamal Qurbanov, 33. Orxan Bəşirov, 61. Təyyar Məmmədov.
Baş məşqçi: Vəli Qasımov.
“İnter” - “Xəzər Lənkəran” - 2:1 (2:0)
Qollar: R.Əliyev, 14 (1:0). Y.Fomenko, 27 (2:0). V.Güləliyev, 47 (2:1).
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Ziya Nəsirov.
Bakı. “İnter Arena”.
“İnter”: 79. Georgi Lomaya (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Laşa Kasradze, 7. Nika Kvekveskiri, 11. Rauf Əliyev, 12. Ruslan Əmircanov, 20. Yuri Fomenko, 23. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 77. Mirsahib Abbasov.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 6. Laşa Salukvadze, 8. Nizami Hacıyev, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 33. Aqşin Quluzadə.
Baş məşqçi: Zaur Svanadze.
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 9. Bayram Budaqov, 15. Nodar Məmmədov, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k) , 32. Zaman Mirzəzadə, 35. Elfad Baləhmədov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 41. Hüseyn Xəlilzadə, 45. Heydər Babayev, 99. Mahsun Qəmbərli, 86. Xaqani Sadıqov.
Baş məşqçi: Ağadadaş Həmidov.
“Sumqayıt” - “Rəvan” - 3:1 (0:1)
Qollar: Y.Həmid, 8 (0:1). A.Yunanov, 64 (1:1). P.F.Azad, 71 (2:1). P.F.Azad, 81 (3:1).
Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, İsgəndər Əliyev, Fərid Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.
“Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 29. Amil Yunanov, 70. Vaqif Cavadov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 6. Mikayıl Rəhimov, 7. Pərdis Fərcad-Azad, 9. Əli Əlimərdanlı, 18. Aleksandr Çertoqanov, 27. İsmayıl Babayev, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Samir Abasov.
“Rəvan”: 1. Rəşad Əzizli, 3. Saşa Yunisoğlu, 17. Ramazan Abbasov (k), 2. Ruslan Tağızadə, 21. Novruz Məmmədov, 29. Əziz Quliyev, 15. Ceyhun Abdullayev, 4. Kənan Müslümov, 86. Yasin Həmid, 5. Mirkamil Haşımlı, 8. Məmməd Quliyev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 16. Orxan Lalayev, 11. Elnur Abdulov, 19. Hüseyn Axundov, 39. Əlibəy Məmmədli, 28. Xanlar Teymurov, 98. Ülvi Kələşov.
Baş məşqçi: Bəhmən Həsənov.
“Qarabağ” - “Qəbələ” - 2:0 (2:0)
Qollar: D.Kintana, 16 (1:0). D.Kintana, 32 (2:0).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov.
Masazır. “Əlincə Arena”.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 67. Əlhərbi Əl Jadeyui, 99. Muarem Muarem.
Baş məşqçi: Qurban Qurbanov.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 19. Aleksey Qay (k), 25. Qismət Alıyev, 34. Urfan Abbasov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 5. Pavel Paşayev, 13. Murad Musayev, 18. Vadim Abdullayev, 21. Arif Daşdəmirov, 32. Rəşad Eyubov, 97. Roman Hüseynov.
Baş məşqçi: Roman Qriqorçuk.
Bombardirlər:
14 - Nelson Bonilya ("Zirə"), Dani Kintana ("Qarabağ").
