Rauf Əliyev: Xəzər Lənkərana qarşı oynamağa tam hazıram
"İnter"in hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Sumqayıt"a qarşı oyunda aldığı ağır zədədən və hazırkı durumundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İndi hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Artıq iki gündür komanda ilə birgə məşq edirəm. Özümü "Xəzər Lənkəran"la matça tam hazır hiss edirəm. Baş məşqçi Zaur Svanadze meydana buraxsa, oynamağa hazıram".
Əliyev özünün milli komandanın qarşıdakı toplanışına mümkün dəvətindən də söz açıb: "Bu dəfə uzun müddət kənarda qalmadım. Komandamın sıralarına tez qayıtdığımı nəzərə alsaq, yığmaya dəvət almaq şansım var. Qarşıda çempionatın üç turu var. Oynayacağıq, necə olacağını görəcəyik. Milliyə dəvət alacağıma ümid edirəm. Təbii ki, yığmaya kömək etməyə tam hazıram".
