10 may 2016 20:00
Zirənin taleyinə mayın 16-da aydınlıq gələcək
"Zirə"nin 2016-2017 avrokuboklar mövsümündə çıxış edib-etməyəcəyi mayın 16-da bəlli olacaq. Azerisport.az xəbər verir ki, həmin gün AFFA-nın lisenziyalaşdırma komissiyasının iclası baş tutacaq. Məhz həmin iclasda həm debütantın, həm də digər klublarımızdan hansıların avrokuboklara yollanacağına aydınləq gələcək. Amma "Zirə"nin taleyi AFFA-dan yox, UEFA-dan daha çox asılıdır. Qitə futbol qurumunun "Zirə" ilə bağlı mövqeyi böyük rol oynayacaq.
Qeyd edək ki, UEFA-nın qaydalarına görə, avrokuboklara vəsiqə qazanan klub ən azı üç il fəaliyyət göstərməlidir. Amma "Zirə" nin cəmi iki yaşı var ki, qitə futbol qurumunun bunu əsas gətirib, zirəliləri Avropa Liqasına buraxmayacağı gözlənilir.
