10 may 2016 18:40
Kəpəz Gəncədə məşqə çıxdı
Topaz Premyer Liqasının 34-cü turunda Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” bu gün Nizami yurduna gəlib. Azerisport.az xəbər verir ki, komanda matçın keçiriləcəyi arenada saat 16:00-da məşqə çıxıb.
İsinmə hərəkətlərinin yerinə yetirilməsi illə başlayan hazırlıq prosesi təxminən 1 saat çəkib. Yüngül xarakter daşıyan məşq toplu çalışmalarla davam edib.
“Kəpəz”in zədəli futbolçusu Ceyhun Cavadov sağalmadığından yarımmüdafiəçi Gəncəyə gətirilməyib. Bu o deməkdir ki, Cavadov “Neftçi” ilə də oyunu buraxacaq.
Qeyd edək ki, “sarı-göylər”in hazırlığını 100-ə yaxın azarkeş izləyib. (klub saytı)
