Rail Məlikov: AZAL hələ doğma meydanda uduzmayıb, Zirəyə qalib gəlməliyik
AZAL-ın kapitanı Rail Məlikov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Neftçi"yə uduzduqları (1:3) oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" ilə oyunda prinsipiallıq yox idi. Bu mövsüm onlara iki dəfə qalib gəlmişdik, bir dəfə heç-heçə olmuşdu. Rəqib birinci hissədə bizdən yaxşı oynadı. İkinci yarıda isə biz daha yaxşı təsir bağışladıq. Biz səhvlər buraxdıq, birini mən etdim. Hazırda avrokuboklara kimin çıxmaq şansının çox olduğunu demək çətindir. Hər şey öz əlimizdədir. Maksimum xal toplamağa çalışmalıyıq. Qarşıda "Zirə" ilə oyun var. Qələbə qazanmalıyıq. Öz meydanımızda uduzmamışıq. Gələcək karyerama gəlincə, təkliflər var. Amma hazırda təkliflər barədə yox, AZAL-ın çıxışını düşünürəm. Hər şeyə yayda aydınlıq gələcək".
