10 may 2016 16:00
UEFA Bakıdakı AÇ-nin final və yarımfinal görüşlərinin yerini dəyişdi
UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın yarımfinal və final oyunlarının məkanı dəyişdirilib. Azerisport.az xəbər verir ki, UEFA-nın tövsiyəsinə əsasən yarımfinal oyunları “Dalğa Arena”da, final qarşılaşması isə “Bakcell Arena”da keçiriləcək.
Qeyd edək ki, öncədən həm yarımfinal görüşlərinin, həm də final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulmuşdu.
