10 may 2016 16:20
Roman Qriqorçuk: Həddən artıq çox vərəqə alırıq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqibə böyük hörmətlə yanaşırıq. Onların gördükləri işi, oyun səviyyələrini yüksək qiymətləndirirəm. Qarşıdakı matç bizim üçün çox ciddi və vacibdir. Gücünü belə güclü komanda ilə bölüşdürmək maraqlıdır. Yenə də heyətlə bağlı itkilərimiz var. Zədəlilərlə yanaşı, sarı vərəqə limitini dolduran Rəşad Sadiqov, Vitali Vernidub da oynamayacaq. Həddən artıq çox vərəqə alırıq".
