10 may 2016 15:00
FİFA prezidenti Qarabağı təbrik etdi
FIFA-nın prezidenti Canni İnfantino Topaz Premyer Liqasının qalibini təbrik edib. Azerisport.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla FIFA-nın prezidenti dünya futbol ailəsi adından "Qarabağ" (Ağdam) klubunu Topaz Premyer Liqasının 2015/2016-cı il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb. (AFFA)
