10 may 2016 14:40

Vəli Qasımov: Avroliqaya kubokdan vəsiqə qazanmağımız daha yaxın görünür

"Neftçi"nin baş məşqçisi Vəli Qasımovun azerisport.az saytına müsahibəsi

- "Kəpəz"lə oyuna hazırlıq necə gedir?
- Hazırlıq tam gücü ilə davam edir. İndi Gəncəyə gedirik. Erik Ramos sarı vərəqə limiti ilə əlaqədar qarşıdakı oyunu buraxacaq. Onun həm də kiçik zədəsi var.

- Bəs Xuan Alberto Melli ilə Nikolas Kanales nə vaxt sıraya dönəcək?
- Onlar məşq edirlər. Amma hələlik, fərdi qaydada. Yaxın günlərdə ümumi qrupa qoşulacaqlar və "İnter"lə 35-ci turun oyununa hazırlaşacaqlar.

- Gəncədəki oyundan nə gözləyirsiniz?
- İlk növbədə ağır oyun gözləyirəm. "Kəpəz"in təcrübəli futbolçuları, güclü heyəti var. Buna baxmayaraq, biz qələbəyə oynayacağıq. Çətin olacaq, amma mümkündür.

- "Neftçi" son dövrlər yaxşı nəticələr qazanmağa başlayıb. Mövsümün sonunu gözləyirdiniz?
- Biz bunun üzərində çalışırdıq. Zəhmətimizin bəhrəsini görməli idik. Daha yaxşı oynamağa başlamışıq. Əsas odur ki, kollektiv olaraq birlik var. Əsl komanda olmağa başlamışıq. Bu da sevindirməyə bilməz.

- Azərbaycan kubokunun final matçı Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. Seçim necədir?
- Mərkəzi arena yaxşı stadiondur, qazonu da keyfiyyətlidir. Final baxımlı olacaq. Bircə arenanı doldurmaq qalır.

- "Qarabağ"ın son dövrlərə qədər bu arenadan ev oyunları üçün istifadə etməsi sizi narahat etmir?
- Prinsipcə, yox. Vaxtilə "Neftçi" də ev oyunlarını orada keçirib. Final "Bakcell Arena"da da keçirilsə, finaldır.

- "Neftçi" həm kubokda, həm də çempionatda Avropa Liqasına vəsiqə qazanmaq şansını saxlayır. Hansı daha yaxındır?
- Əlbəttə, kubokda daha yaxın görünür. Bunun üçün bizə, sadəcə, bir oyunda qələbə qazanmaq lazımdır. Amma Premyer Liqada ondan da tez bu vəsiqəni rəsmiləşdirə bilərik. Üç oyun qalıb. Bütün oyunlarımız bizim üçün vacibdir.

- Razısınız ki, Premyer Liqadan Avroliqaya vəsiqəni təmin etsəniz, kubokun finalında oynamaq sizə daha rahat olacaq?
- Qismən razıyam. Amma məsələ burasındadır ki, biz mövsümü titulsuz başa vurmaq istəmirik. Heyətimizdə elə futbolçular var ki, indiyə qədər heç bir tutul qazanmayıblar. Bu görüş də onlar üçün bir şansdır. Ona görə də bizə istənilən halda Azərbaycan kubokunu qazanmaq çox vacibdir.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.