10 may 2016 14:20
Xəzər Lənkəranın yeni baş məşqçisi hədəflərini açıqladı
"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Ağadadaş Həmidov Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kəpəz"ə son turda böyük hesabla uduzduğumuza görə, hazırda daha çox komandada psixoloji vəziyyəti düzəltməyə çalışırıq. İndi uşaqlar özlərini daha yaxşı hiss edirlər. Bu, mənim "Xəzər Lənkəran"ın baş məşqçi postunda ilk oyunum olacaq. Şübhəsiz ki, həyacan var. Amma toparlanmaq və yaxşı debüt matçı keçirmək lazımdır. Rəhbərlik qarşıdakı iki oyunda - "İnter"lə səfər və "Sumqayıt"la ev oyunlarında 4 xal toplamağı qarşımıza hədəf qoyub. Buna nail olsaq, istisna deyil ki, "Rəvan"la son turdakı oyun formal xarakter daşısın".
