Musayevə bir oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının və əvəzedicilərin yarışının 33-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
Premyer Liqa çərçivəsində keçirilən “Zirə” - “Qəbələ” matçında “Qəbələ”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Əvəzedicilərin yarışının 33-cü turunun “Xəzər Lənkəran” - “Kəpəz” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Əvəzedicilərin yarışının 33-cü turunun “Zirə” - “Qəbələ” matçında “Qəbələ”nin futbolçusu Vəzir Musayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
