10 may 2016 12:20
Qarabağ Avstriya Kubokunda finala yüksəldi
Vyananın "Qarabağ" klubu həvəskarlar arasında Avstriya kubokunun finalına yüksəlib. Azerisport.az xəbər verir ki, yarımfinalda "Mannsvort"u 5:1 hesabıyla məğlub edən "Qarabağ" hazırda finaldakı rəqibini gözləyir.
Rəqib isə "Admira Texnopol" - "Gersthofer" cütünün qalibi olacaq. Həlledici qarşılaşma ölkənin baş arenası olan "Ernst Happel"də keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" Avstriyanın gücünə görə beşinci liqasında mübarizə aparır.
