10 may 2016 12:00
"Prosineçkinin diqqətini cəlb etmək üçün daha çox çalışmalı, daha çox qol vurmalıyam"
"Sumqayıt"ın hücumçusu Amil Yunanov Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin onu milliyə hazır hesab etməməsi barədə verdiyi açıqlamaya münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Prosineçki futbol dünyasında tanınmış adamdır. Mənim haqqımda nəsə bilir ki, belə deyir. Yığmaya seçilmiş futbolçular çağırılır. Mənim də oraya dəvət almağım üçün özümü göstərməyim lazımdır. Bunun üçün çox çalşıram. Çünki millinin formasını geyinməyi arzulayıram. Bir halda ki, Prosineçki belə eyib, deməli, daha çox çalışmağım lazımdır, daha çox qol vurmağım lazımdır ki, onun diqqətini cəlb edim".
