10 may 2016 11:00
Anyete Levskinin xavbekini Neftçiyə gətirmək istəyir
"Neftçi"nin hücumçusu Anyete Bolqarıstanın "Levski" klubunda çıxış edən həmyerlisi - ispaniyalı Migel Bedoyanı komandasının heyətində görmək istəyir. Azerisport.az xəbər verir ki, belə bir iddia ilə Bolqarıstan mətbuatı çıxış edib.
Məlumatda bildirilir ki, Bedoya yayda "Neftçi"yə keçəcək. Onun "Levski" ilə müqaviləsinin müddəti bitəcək. Lakin futbolçu bolqarlarla yeni müqavilə imzalamaq istəmir. Məhz bundan istifadə edən Anyete onu Bakı klubuna keçməyə razı salmağa çalışır.
