10 may 2016 01:00
Azərbaycanlı futbolçuların klubu yenə məğlub oldu
Latviya çempionatında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun komandası - "Dauqava" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Liepaya" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb - 0:3.
Bu oyunda Mirabdulla start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Orxan isə matçın 56-cı dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, geridə qalan turlarda cəmi 3 xal toplayan "Dauqava" 8 klub arasında sonuncu pillədə qərarlaşıb.
