10 may 2016 00:30
İlqar Qurbanov: Qarabağdan ayrılmağa hazırlaşmıram
"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarşıda bizi "Qəbələ" ilə vacib oyun gözləyir. Baxmayaq ki, xal toplamağımızın elə də xüsusi əhəmiyyəti qalmayıb. Lakin komandada arxayınlıq yoxdur. Bizdən gözlənilən oyunu göstərməyə çalışacağıq. Qarşıda kubokun final oyunu var. Formamızı qorumağa çalışırıq. Ona görə ciddi məşq edirik, hər bir oyuna ciddi hazırlaşırıq. "Neftçi" ilə final matçına gəlincə, rəqibimiz ciddi komandadır. "Neftçi" ilə oyunlarımız həmişə maraqlı alınır. "Qarabağ"da çox xoşbəxtəm. Burada çempion olmuşam və heç bir yerə getməyə hazırlaşmıram".
