9 may 2016 14:00

Birinci Divizion tarixində ilk dəfə

Futbol üzrə Azərbaycan Birinci Divizionunda çempionatın sonuna 1 tur qalmış qızıl medalları təmin edən “Neftçala” ölkə futbolu tarixinə düşüb. Azerisport.az xəbər verir ki, əyalət klubu aşağı divizionda 2 dəfə qalib adını qazanan ilk və yeganə komandadır.

1992-ci ildən keçirilən yarışda indiyədək 21 dəfə çempion müəyyənləşib. Bu titula 20 komanda layiq görülüb. Ötən il çempion olub, Premyer Liqaya çıxış üçün lisenziya ala bilməyən neftçalalılar yenidən mübarizə apardığı Birinci Divizionda titulunu qoruya bilib. Onlara qədər fasilələrlə də aşağı dəstədə çıxış edənlərin heç biri iki çempionluq qazanmayıb. Xatırladaq ki, 1993/94 mövsümündə I dəstə 3 qrupda keçirilib və final mərhələsi iki “üçlük”də baş tutub. Amma bu mərhələnin qalibi olan “Zabrat” (Bakı) ilə “Azneftyağ” (Bakı) arasında çempionluq uğrunda matç keçirilməyib. 1997/98 və 1998/99 mövsümlərində ümumiyyətlə I dəstə olmayıbsa, 2002/03 mövsümündə Azərbaycanda çempionat baş tutmayıb.

Birinci Divizionun bütün qalibləri:

1992. “Nicat” (Maştağa)
1993. “  Xəzri” (Buzovna)
1993/94. Çempion müəyyənləşməyib
1994/95. “Şəmkir”
1995/96. “Xəzər” (Sumqayıt)
1996/97. “Göyçay”
1997/98. Keçirilməyib
1998/99. Keçirilməyib
1999/2000. “Şahdağ” (Quba)
2000/01. OİK (Bakı) (İndiki MOİK)
2001/02. “Lokomotiv” (İmişli)
2002/03. Keçirilməyib
2003/04. “Gənclərbirlliyi” (Sumqayıt)
2004/05. AMMK (Bakı) (İndiki AZAL)
2005/06. “Gilan” (Xanlar) (İndiki “Qəbələ”)
2006/07. “Masallı”
2007/08. “Bakılı”
2008/09. ABN-Bərdə
2009/10. “Gəncə” (İndiki “Kəpəz”)
2010/11. “Abşeron” (Bakı)
2011/12. “Qaradağ Lökbatan”
2012/13. “Ağsu”
2013/14. “Araz-Naxçıvan”
2014/15. “Neftçala”
2015/16. “Neftçala”

(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.