9 may 2016 13:45

13-cü stadion, 11-ci hakim

Topaz Premyer Liqasının 33-cü turu iki ilklə əlamətdar olub. Azerisport.az xəbər verr ki, çempionat tarixində ilk dəfə oyunlardan biri “Əlincə Arena”da keçirilib.

Masazırdakı stadion cari mövsümdə Premyer Liqa matçını qəbul edib. “Neftçi” – AZAL matçının (3:1) qarşılaşmasının keçirildiyi arena bu mövsüm çempionatda istifadə olunan 13-cü stadiondur. 33 turun 165 matçında daha çox qarşılaşma “İnter Arena”da keçirilib – 19. Qəbələ şəhər stadionu, “Xəzər Lənkəran” mərkəzi stadionu və “Bayıl Arena”nın hərəsi 17, Zirə idman Kompleksi, Gəncə şəhər stadionu hərəsi 16, “Kapital Bank Arena” 15 matçı qəbul edib. “Bakcell Arena” və “AZAL Arena” hərəyə 14, “Azərsun Arena” 13 matça ev sahibliyi edibsə, “Dalğa Arena”da 4, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda 2, “Əlincə Arena”da 1 qarşılaşma baş tutub.

“Qarabağ”ın “Sumqayıt”la görüşünü (1:0) idarə edən Rövşən Rəcəbov da Premyer Liqada debüt edib. Karyerasında ilk belə matça çıxan gənc ədalət təmsilçisi cari mövsüm çempionat oyunu idarə edən 11-ci hakimdir. Əvvəlki 32 turda yalnız 10 referiyə Topaz Premyer Liqasının matçı həvalə edilmişdi. 165 görüşdə Rəhim Həsənov hamıdan çox – 24 oyun idarə edib. Ömər Paşayev 21, Əliyar Ağayev 20, Fariz Yusifovla Rauf Cabbarov hərəyə 17, Orxan Məmmədov 16, Ramil Diniyev 14, Elvin Əsgərov 13, Rəvan Həmzəzadə 12, İnqilab Məmmədov 10, Rövşən Rəcəbov 1 matçın baş hakimi olub. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.