9 may 2016 12:40
Zaur Axundov: Üç namizəd müəyyənləşib, yaxın günlərdə seçim edəcəyik
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov milli komandamız üçün yeni baş məşqçi axtarışlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Üç namizəd müəyyənləşdirmişik. Onlardan biri Azərbaycan yığmasının baş məşqçisi olacaq. Sadəcə, onu deyə bilərəm ki, hər üçü əcnəbi mütəxəssisdir. Yaxın günlərdə yeni baş məşçqinin kimliyinə aydınlıq gələcək".
