Elbrus Məmmədov: Daha nə qədər gözləmək olardı?
Azərbaycanlı mütəxəssis Elbrus Məmmədov "Xəzər Lənkəran"dan ayrılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komanda qələbə qazana bilmirsə, baş məşqçi postunda necə qalmaq olar? Qələbəni daha nə qədər gözləmək lazımdır? Adətən, baş məşqçi istefası və yenisinin gəlməsi komandada dönüş yaranır. Ümid edirəm ki, komanda mənim gedişimdən sonra xal və xallar qazanaq, Premyer Liqada qalacaq. "Kəpəz"lə oyundan sonra istefa verməyə qərar verdim. Rəhbərlik də onu dərhal qəbul etdi. Ayın 16-da Kiyevə yollanacağam. Orada Pro kateqoriyalı məşqçi kurslarına qatılacağam. Amma istefam bu kurslarda iştirakımla əlaqəli deyi. Çünki klub rəhbərliyi istənilən halda mənim bu kurslarda iştirakım üçün hər cür şərait yaradıb".
