9 may 2016 12:00
Millimizin beyni sirkələnən qapıçısını Qəbələnin oyunçusu əvəzləyəcək
U-17 yığmamızın AÇ-2016-nın qrup mərhələsinin ikinci turu çərçivəsində Belçikaya qarşı oyununda rəqib futbolçu ilə toqquşma nəticəsində beyni sirkələnən qapıçısı Məmməd Hüseynovu kimin əvəz edəcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, həkimlərin iki həftə istirahət etməsinin vacibliyini vurğuladığı millimizin əsas qapıçısını "Qəbələ"nin qolkiperi Murad Popov əvəzləyəcək.
Baş məşqçi Təbriz Həsənov bu qapıçının adını ehtiyat heyətə daxil etmişdi. Bu üzdən də onun milliyə cəlb olunmasında problem olmayacaq.
