9 may 2016 11:20
Rəvan yeni mövsüm üçün hazırlığa başladı
Topaz Premyer Liqasında hazırda sonuncu pillədə qərarlaşan "Rəvan" artıq növbəti mövsüm üçün planlar qurmağa başlayıb. Azerisport.az xəbər verir ki, komandanın hələ elitada qalmağı dəqiqləşməyib.
Amma klub rəhbərliyi futbolçulara yeni müqavilə təklif etməyə başlayıb. Mövsüm başa çatmasa da, onlarla danışıqlara start verilib.
