9 may 2016 11:00
Domjale Samir Məsimovsuz qələbə qazandı
Sloveniya çempionatında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Qoritsa" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 2:0. Məsimovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 53 xalla üçüncü pillədə qərarlaşıb.
