9 may 2016 01:20
Nazarov oynamadı, Karlsrue uduzdu
Almaniya ikinci Bundesliqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Leypsiq"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:2. Nazarov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Karlsrue" hazırda 46 xalla 18 klub arasında 8-ci pillədə qərarlaşıb.
