9 may 2016 01:00
İsrafilov oynadı, Kordoba qalib gəldi
Futbol üzrə İspaniyanın ikinci liqasında 37-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu doğma meydanda "Jirona" ilə qarşılaşıb. Qarşılaşma İsrafilovun komandasının qələbəsi ilə başa çatıb - 1:0. Eddi bu görüşə start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 55 xalla 22 komanda arasında 8-ci pillədə qərarlaşıb.
