9 may 2016 00:40
Elxan Məmmədov millimizin qapıçısına baş çəkdi
Xəbər verdiyimiz kimi, Azərbaycanın U-17 yığmasının əsas qapıçısı Məmməd Hüseynov AÇ-2016-nın qrup mərhələsinin ikinci turu çərçivəsində Belçikaya qarşı oyunda (1:1) ağır zədə alaraq, təcili xəstəxanaya aparılmışdı. Azerisport.az xəbər verir ki, həkimlər onda kiçik beyin silkələnməsi diaqnozu qoyublar.
Buna görə o, iki həftə istirahət etməli olacaq. AFFA-nın baş katibi Elxan Məmmədov da oyundan sonra futbolçuya baş çəkib, onun vəziyyəti ilə maraqlanıb.
