9 may 2016 00:20

Mətin Gülər: Biz qəbələni əldən verdik

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Mətin Gülər AÇ-2016-nın qrup mərhələsi çərçivəsində Belçikaya qarşı keçirilmiş oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Matça yaxşı başlamışdıq. Bərabər mübarizə gedirdi. Portuqaliya ilə oyundakı məğlubiyyəti unuda bilmişdik. Bu görüşdə hər şey fərqli alındı. Ümid edirəm ki, Şotlandiya ilə görüşdə tamam fərqli olacaq. Son oyunda qazanacağımız qələbə və Portuqaliyanın Belçikanı böyük hesabla məğlub etməsi bizi növbəti mərhələyə çıxara bilər.

- Bəs qısa müddət ərzində necə toparlana bildiniz?
- Öz aramızda söhbətləşdik. Uşaqlar yaxşı başa düşürdülər ki, öz meydanımızda belə oynamaq olmaz. Azərbaycan xalqı da buna layiq deyil. Fikrimcə, tədricən ümidləri doğrulduruq. Amma bu görüşdə biz qələbəni əldən verdik. Bu, bir qədər məyusluq yaradır.

- Matçın gedişində mövqeyinizi dəyişib, müdafiədə oynamağa başladınız. Nə baş verdi?
- Bu, baş məşqçinin qərarı idi. Komanda yoldaşımız zədələndi və baş məşqçi qərara gəldi ki, mən müdafiədə daha faydalı ola bilərəm. Komandamıza kömək etdiyim üçün şadam.

- Hakim ikinci hissədə rəqibin cərimə meydançasında futbolçumuza qarşı kobudluğun penalti olmadığını bildirdi. Siz həmin epizodla bağlı nə düşünürsünüz?
- Həmin epizodu görürdüm. Hakim səhvə yol verdi. Orada təmiz penalti var idi. Belçikalıların qapısına birinci hissədə də penalti təyin olunmalı idi. Bir görüşdə iki penaltinin təyin olunmaması anlaşılmazdır. Hakim daha çox rəqibin lehinə fit çalırdı. Bu da bizi az məyus etmədi.

- Deməli, hakim qərarları nəticəyə təsirini göstərdi?
- Birmənalı şəkildə elədir. Biz qalib gəlməliydik.

- Razısınız ki, Portuqaliya ilə oyunda komandamız Bakı Olimpiya stadionunda oynamağın həyəcanını boğa bilmədi?
- O oyunda hər şey fərqli idi. Orada emosiyaları boğmaq, oyuna köklənmək çətin idi. "Bakcell Arena"da isə fərqli alındı. Burada oynamaq daha xoş idi.

- Türkiyə mətbuatı Azərbaycanın U-17-də çıxış edən futbolçuların gələcəkdə qardaş ölkə millisini seçəcəyini iddia edib. Siz qərarınızı müəyyənləşdirmisiniz?
- Hələ heç bir qərar qəbul etməmişəm. Hazırda bu barədə danışmaq tezdir. Heç istəyim də yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.