8 may 2016 23:00
Belçikanın baş məşqçisi: Hesab fərqli də ola bilərdi
Bakıda keçirilən 17 yaşlılar arasında Avropa çempionatının A qrupunun ikinci turu çərçivəsində keçirilən növbəti oyunda Belçika milli komandamızla 1:1 hesablı heç-heçəyə razılaşdı. Azerisport.az xəbər verir ki, Belçikanın müvafiq yaş qrupu üzrə millisinin baş məşqçisi Tyerri Sike oyundan sonra bunları söyləyib:
"Futbolçularım bu nəticəyə görə məyusdular. Çünki qol vurmaq çoxlu şansımız oldu. Azərbaycanın isə iki qol vəziyyəti oldu, onun da birindən yararlandı. Rəqib üçün matç Portuqaliya ilə görüşlə müqayisədə sakit keçdi. Azərbaycan yığmasından belə oyun gözləyirdik. Uşaqlara həmişə diqqətli olmalarını tapşırıram. Ona görə də onların bu matça arxayın çıxdığını deməzdim. Hesab fərqli də ola bilərdi".
