8 may 2016 20:50
Milli komandamızın qapıçısı xəstəxanalıq oldu
Azərbaycanın U-17 yığmasının qapıçısı Məmməd Hüseynov AÇ-2016-nın final mərhələsi çərçivəsində Belçikaya qarşı keçirilən oyunun ikinci hissəsində ağır zədə alıb. Azerisport.az xəbər verir ki, o, rəqib futbolçu ilə hava mübarizəsi zamanı başından zərbə alıb və huşunu itirirərək, yerə yıxılıb.
Xoşbəxtlikdən həkimlər onun həyatını xilas edə biliblər. Amma futbolçunu dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar.
