8 may 2016 12:30
Emin Nurinin komandası məğlub oldu
İsveç çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Estersund" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1.
Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
"Kalmar" geridə qalan turlarda topladığı 8 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.
