8 may 2016 12:00
Erat oynadı, Fortuna qalib gəldi
Almaniya Qərb Regional Liqasında 36-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Şalke II" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 2:0. Erat start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 56 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.
