8 may 2016 20:42

Millimiz Belçika ilə heç-heçə etdi

Bu gün Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatında qrup mərhələsinin ikinci turu start götürüb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi də turnirdə ikinci oyununa çıxıb.

A qrupu çərçivəsindəki ilk turda Portuqaliyaya 0:5 hesabıyla uduzan Təbriz Həsənovun çalışdırdığı komandamız bu dəfə daha bir güclü rəqiblə - Belçika ilə üz-üzə gəlib. Hansı ki, bu komanda açılış turunda Şotlandiyaya 2:0 hesabıyla qalib gəlmişdi. Amma millimiz bu rəqiblə oyunda heç-heçə etməyə nail olub.

Qrupun digər matçında Portuqaliya Şotlandiya ilə qarşılaşıb. Gözlənildiyi kimi, qrupumuzun favoriti inamlı qələbəyə sevinib.

Günün digər iki oyunu isə B qrupu çərçivəsində baş tutub. Ukrayna Avstriya, Almaniya Bosniya və Herseqovina ilə münasibətlərinə aydınlıq gətirib. Almaniya və Avstriya yığmaları inamlı qələbə qazanıblar.

17 yaşlıların Avropa çempionatı
Qrup mərhələsinin ikinci turu

8 may

A qrupu

Portuqaliya – Şotlandiya - 2:0 (1:0)
Qollar: Kina, 37 (1:0). J.Qomes, 55 (2:0).
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya).
Bakı. “Dalğa Arena”.

Azərbaycan – Belçika - 1:1 (0:0)
Qollar: A.Boncovani, 72 (0:1). M.Mahmudov, 77 (1:1).
Baş hakim: Petr Ardeleanu (Çexiya).
Bakı. "Bakcell Arena".

Azərbaycan: 1. Məmməd Hüseynov (12. Kamran İbrahimov, 62), 2. Hüseyn Seyliqli (19. Ege Atlam, 75), 3. Ricat Qarayev, 4. Yusif Həsənov (16. Murad Mahmudov, 20), 5. Elçin Əsədov (k), 7. Fərid Nəbiyev, 8. Mətin Gülər, 10. Pilağa Mehdiyev, 14. İsmayıl Karakaş, 17. Barış Əkinciər, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 6. İbrahim Qədirzadə, 9. Doğukan Öksüz, 11. Nadir Qasımov, 15. Natiq Muxtarlı.
Baş məşqçi: Təbriz Həsənov.
Belçika: 1. Mile Svilar, 2. Sebastyan Bornau, 3. Zinyo Vanhesden, 4. Hannes Delkrua, 5. Daam Fulon, 6. Dauda Peeters, 7. Tibo Verlinden, 8. Milan Korren, 9. Jül Vanhake, 11. Adrien Boncovanni, 14. Ksian Emmers.
Ehtiyat oyunçular: 12. İlias Muta-Sebtaui, 10. Françesko Antonuççi, 13. Nataniel Frenua, 15. Lui Verstrate, 16. Lois Openda, 17. Sufyan Karkaş, 18. İndi Boonen.
Baş məşqçi: Tyerri Sike.
 
B qrupu

Ukrayna - Avstriya - 0:2 (0:2)
Qollar: Şmid, 7 (0:1). Müller, 21 (0:2).
Baş hakim: Sveyn Erik Edvartsen (Norveç).
Bakı. "Bakcell Arena".
 
Almaniya – Bosniya və Herseqovina - 3:1 (1:1)
Qollar: Baak, 2-öz qapısına (0:1). Akkaynak, 17-pen. (1:1). Otto, 66 (2:1). Otto, 72 (3:1).
Baş hakim: Peter Kraloviç (Slovakiya).
Bakı. “Dalğa Arena”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.