8 may 2016 01:00
Balayevin komandası Dortmund Borussiyasına qalib gəldi
Almaniya Bundesliqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda Dortmund "Borussiya"sı ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 1:0. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" bu qələbə sayəsində xallarının sayını 36-ya çatdıraraq, təhlükəli zonadan çıxıb və hazırda 15-ci pillədə qərarlaşıb. Son turda isə bu komandanı əsas izləyicisi "Verder"lə səfərdə taleyüklü matç gözləyir.
