8 may 2016 00:40
Sumqayıt AZAL-ın futbolçusu ilə maraqlanır
"Sumqayıt" mövsümlərarası fasilədə AZAL-ın müdafiəçisi ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, söhbət gənc futbolçu Tural Hümbətovdan gedir.
O, "təyyarəçilər"in heyətində uğurlu mövsüm keçirir. Mövsümün başa çatan kimi, "Sumqayıt" bu futbolçuya müqavilə təklif etməyə hazırlaşır.
Qeyd edək ki, 22 yaşlı Hümbətov Rusiyanın "Zenit" klubunun yetirməsidir və daha öncə "İnter"də, "Araz Naxçıvan"da çıxış edib.
