Samir Abasov: Oyunumuzdan razı qaldım
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İlk növbədə "Qarabağ"ı çempionluq münasibətilə təbrik etmək istərdim. Matça gəlincə, rəqibin güclü olduğunu bilirdik. Qol buraxmamağa çalışırdıq. Amma bircə görüşün taleyini həll etdi. Komandamın oyunundan razıyam. Yəqin ki, uşaqlar belə bir rəqiblə oyunda özlərini göstərmək istəyirdilər.
Yayda heyəti gücləndirməyə çalışacağıq. Təbii ki, gedənlər də olacaq, gələnlər də. Legionar almağa gəlincə, bunu rəhbərlik qərar verə bilər. Əlbəttə, biz də istərdik ki, legioner futbolçularımız olsun. Bütün bunlara yayda qərar veriləcək".
