7 may 2016 20:40
Zaur Svanadze: Mövsümü layiqli yerdə başa vurmağa çalışacağıq
Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində baş tutan "Rəvan"la səfər oyunundan (0:4) sonra keçirilən mətbuat konfransında "İnter"in baş məşqçisi Zaur Svanadze qarşılaşma barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, gürcü mütəxəssis bunları söyləyib:
"Bu gün yaxşı oynadıq. Oyun, demək olar, "İnter"in üstünlüyü şəraitində keçdi. Xüsusilə də gənc futbolçular məni sevindirdilər. Onlar bu gün də özlərini yaxşı tərəfdən göstərdilər. Bundan sonra qarşıdakı oyunlara hazırlaşmağa başlayacağıq. Çempionatı layiqli yerdə başa vurmağa çalışacağıq".
