7 may 2016 20:00

Roman Qriqorçuk: Qol imkanlarından yararlanmağın dəyərini gördük

Topaz Premyer Liqasının 33-cü turunun “Zirə” – “Qəbələ” oyunundan sonra (0:3) “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

“Zirə” ilə görüşdə yaxşı oynadıq və 3 qol da vurduq. Bu mövsümdə 10-a yaxın matçda bundan iki dəfə yaxşı oynasaq da, qələbə qazanmamışıq. Arxada qalan matçlarımızda belə təzadlar olub. Lakin təzad ifadəsi bugünkü matça aid deyil. Bu dəfə qol imkanlarından yararlanmağın dəyərini gördük. Qollar vuruldu və nəticədə də qalib gəldik. Rəqibin oyununu dəyərləndirə bilmərəm. Bu komandaya hörmətlə yanaşdığımı söyləyərdim. “Neftçi” ilə kubokdakı qarşılaşmadan sonra futbolçularla sakit tərzdə söhbət etdim. Həmin matçda pis oynamamışdıq. Xeyli qol imkanlarımız olsa da, onlardan istifadə edə bilməmişdik. Həm də yarımfinalın ilk görüşündə hakimlər də bizə mane olmuşdu. Bunlar da finala çıxmamağımızın səbəbləridir. Əgər biz yaxşı oynamışıqsa, futbolçularla sərt danışmağa ehtiyac yoxdur. İki kubok matçında qol vura bilmədiyimiz 10 epizod yaratdıq. Futbolda belə hallar olur. Bilirik ki, ustalıq səviyyəsini qaldırmalıyıq. Həmin matçlardan sonra futbolçularımı tərifləyib, istədiyimə yaxın oynadıqlarını dedim. Hücumları sonluğa çatdırmağın üzərində isə hələ çalışmalıyıq”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.