7 may 2016 14:00

Tahir Musalov: Millidə oynamaq şərəfdir, amma necə olacağını zaman göstərəcək

Rusiyanın "Anji" klubunun və Azərbaycanın U-19 yığmasının hücumçusu Tahir Musalovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan yığmasında oynamaq perspektivi necə yarandı?
- Bir müddət əvvəl mənə AFFA-dan təklif gəldi. Hələ rəsmi oyunlarda iştirak etməmişəm. Sadəcə, toplanışda olmuşam, yoxlama oyunlarına çıxmışam.

- Amma sonradan sizə dəvət göndərilmədi. Bu, sizin özünüzü yaxşı tərəfdən göstərə bilməməyinizdən qaynaqlanır, ya başqa səbəb var?
- Özümü yaxşı tərəfdən göstərə bilməsəydim, o zaman mənə niyə Azərbaycan vətəndaşlığı təklif olunurdu?

- Belə çıxır ki, siz Rusiyada legioner sayılmırsınız. Amma bəzi mənbələrdə artıq Azərbaycan vətəndaşı kimi göstərilirsiniz...
- Xeyr. Heç vaxt Azərbaycan vətəndaşlığım olmayıb. Görünür, həmin mənbələrdə səhv göstərilib. İkili vətəndaşlıq həmişə futbolçunu çətin vəziyyətə salır.

- Siz U-19-a dəvət alanda komandaya Vəli Qasımov rəhbərlik edirdi. İndi "Neftçi"ni çalışdıran bu mütəxəssisdən dəvət almamısınız?
- Xeyr. Düzünü desəm, heç Qasımovla ümumiyyətlə söhbətləşməmişəm.

- Bəs onunla çalışmaq necə idi?
- Bütövlükdə, belə bir mütəxəssisin rəhbərliyi altında çalışmaq mənim üçün çox xoş idi. Amma mən hələ Azərbaycanın ən güclü futbolçularından biri olmuş belə bir şəxsin işinə qiymət verəcək səviyyəyə çatmamışam.

- Azərbaycanla hansısa bağlılığınız varmı?
- Bəli, əlbəttə! Mənim uzaq qohumlarım Zaqatala və Balakəndə yaşayırlar. Onlarla münasibətimiz də var.

- Deməli, siz Azərbaycanda problemsiz oynaya bilərsiniz...
- Milli komandada oynamaq hər bir futbolçu üçün şərəfdir. Amma hazırda bu barədə heç bir dəqiq fikir söyləyə bilmərəm. Zaman göstərəcək.

- Azərbaycan klublarında oynamaq istəyərsiniz?
- Çempionatı daim izləyirəm. Əsasən nəticələrlə maraqlanıram. Hansı ki, həmin klublarda dostlarım çıxış edir. Onların necə oynadığı maraqlıdır.

- Hansı Azərbaycan klublarını tanıyırsınız?
- Azərbaycanda o qədər çox klub yoxdur ki, onları tanımayasan (gülür).

- "Anji"də işləriniz necə gedir?
- Şübhəsiz ki, işlərimiz ürəkaçan deyil. Bizə xallar qazanmaq lazımdır. Mövsüm demək olar ki, sona çatmaq üzrədir. Vəziyyəti düzəltmək üçün mümkün qədər çox xal toplamalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.