7 may 2016 13:30
Aleksandr Quruli: Neftçi ilə oyunda Avroliqaya vəsiqənin taleyini həll edə bilərik
AZAL-ın yarımmüdafiəçisi Aleksandr Quruli Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim üçün çox vacib oyundur. Bu oyunda Avroliqaya vəsiqənin taleyini həll edə bilərik. Komanda üzərində heç bir təzyiqin olmaması sevindirməyə bilməz. Qələbəni daha çox istəyən sevinəcək. Məğlub olsaq, bu, bizim avrokuboklara vəsiqə qazanmaq şansımızı azalda bilər. Şansımızı əldən vermək istəmirik".
Gürcü futbolçu yayda AZAL-ı tərk edib-etməyəcəyini bilmir: "Mənə hələ konkret təklif edən olmayıb. Mövsüm bitəndən sonra klub rəhbərliyi ilə görüşəcəm. Yalnız həmin görüşdə gələcək əməkdaşlığımızın taleyinə aydınlıq gələcək".
