7 may 2016 13:00
Yasin Həmid: Rəvan İnterlə oyunda qələbəyə oynayacaq
"Rəvan"ın hücumçusu Yasin Həmid Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"lə oyunda ancaq qələbəyə oynayacağıq. Fikrimcə, "İnter"ə qalib gələ bilərik. Baxmayaraq ki, rəqibin yaxşı heyəti var. Rəqibin turnir cədvəlində neçənci yeri tutmasına fikir vermirəm. Əsas öz komandamızdır. Bircə şeyi bilirəm ki, bizə xal və xallar çox lazımdır. Sonadək mübarizəmizi davam etdirəcəyik".
