7 may 2016 12:30
Stanislav Namaşko: Neftçiyə qalib gəlib, Avroliqada oynamaq istəyirik
AZAL-ın qapıçısı Stanislav Namaşko Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamsında o, bunları söyləyib:
"Neftçi" bizdən qisas almağa çalışacaq. Ona görə də ciddi hazırlaşdıqları şübhəsizdir. Əminəm ki, onlar qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Oyunun ağır keçəcəyini də anlayıram. Qələbə qazanmağımız üçün var gücümüzü sərf etməliyik. Qələbə qazanıb, Avropa Liqasında oynamaq istəyirik".
