7 may 2016 12:00
Cavid Hüseynov mayın 11-də bütün jurnalistləri məhkəməyə dəvət etdi
"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov mətbuata müraciət ünvanlayıb. Azerisport.az xəbər verir ki, jurnalist Rasim Əliyevin öldürülməsi faktı ilə əlaqədar həbs olunan futbolçu bu cinayətdə heç bir günahının olmadığını bəyan edib:
"Mən cinayətkar deyiləm, futbolçuyam. Mən necə varamsa, elə də qəbul edin. Bütün jurnalistləri mayın 11-də məhkəməyə dəvət edirəm. Məhkəmədə öz sübutlarımı da göstərəcəyəm. Xahiş edirəm ki, düzünü yazın".
