"Neftçi finalda Qarabağa qalib gəlsə, mənim üçün təəccüblü olmayacaq"
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev "Neftçi"nin son dövrlər uğurlu çıxış etməyə başlamasına və kubokun finalına çıxmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim üçün "Neftçi"in finala çıxması gözlənilməz olmadı. Düzdür, bakılılar bu mövsüm sabit çıxış etmirlər. Amma "Qəbələ" də zəif oynayır. Onlar paytaxt klubundan nədə güclüdürlər? Ümumiyyətlə, ölkə çempionatının səviyyəsi bu mövsüm çox aşağıdır. Bəzi oyunlara baxanda görürsən ki, mübarizə, ajiotaj var, amma səviyyə aşağıdır. Bu gün "Qarabağ" və digərləri var. Heç kim bu komanda ilə rəqabət apara bilmir. Düzdür, ayrı-ayrı oyunlarda onlara qalib gəlmək mümkündür. Amma bütöv mövsüm ərzində bu klubla mübarizə apara bilən yoxdur. Kubokun finalı barədə də eyni sözləri demək olar. "Neftçi" finalda "Qarabağ"a qalib gəlsə, mənim üçün təəccüblü olmayacaq".
