7 may 2016 00:05
Vüqar Mustafayev Zirədəki taleyinin necə olacağını bilmir
"Zirə"nin yarımmüdafiəçisi Vüqar Mustafayev yayda müqavilə ilə məxsus olduğu "Qarabağ"a qayıdıb-qayıtmayacağının hələ də dəqiqləşmədiyini bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ mövsüm başa çatmayıb. Ona görə də bu barədə danışmaq tezdir. Nəyin necə olacağını hələ bilmirəm. "Zirə"də oynamaq rahatdırmı? Bu barədə nəsə demək istəmirəm".
