6 may 2016 21:00
Vəli Qasımov: AZAL-la oyun öncəsi komandada əla atmosfer var
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"ni kubokda mübarizədən kənarlaşdırmağımızın müsbət təsirini hiss edirik. Komandada yaxşı atmosfer var. İstirahət üçün vaxtımız az idi. Amma hər şey qaydasındadır. AZAL üzərində qələbə bizə xüsusilə turnir cədvəli baxımından çox əhəmiyyətlidir. Bu oyunda zədə səbəbindən Nikolas Kanales, Xuan Alberto Melli oynaya bilməyəcək. Sarı vərəqə limitini aşan Ruslan Qurbanovla Rahil Məmmədov da matçı buraxacaq".
