6 may 2016 19:40
Renat Dadaşov: Təəssüf ki, Ukraynaya qalib gələ bilmədik
Almaniyanın U-17 yığmasının Azərbaycan əsilli hücumçusu Renat Dadaşov Bakıda təşkil olunan AÇ-2016-nın final mərhələsi çərçivəsində Ukraynaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Bütövlükdə, pis oyun alınmadı. Biz yaxşı oynadıq. Təəssüf ki, bu rəqibə qalib gələ bilmədik. Arenadakı atmosfer çox yaxşı idi. Doğrudan da tribunalarda azarkeşlərin çox olması xoş təsir bağışlayır".
