6 may 2016 17:15
Tural Axundov: Avroliqaya vəsiqə qazanmaq istəyiriksə, XL-ə qalib gəlməliyik
"Kəpəz"in kapitanı Tural Axundov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyuna çox ciddi hazırlaşırıq. Çünki rəqibimiz doğrudan da güclü komandadır. Bir halda ki, Avropa Liqasına vəsiqə qazanmaq istəyirik, bu görüşdə qələbə qazanmağa borcluyuq. Bu görüşdə üç xal bizim üçün çox vacibdir, elə növbəti görüşlərdə də. Ona görə də uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Xəzər Lənkəran"ın heyətində yaxşı futbolçular var. Bizə asan olmayacaq".
