6 may 2016 15:30

Kamran Ağayev: Böyük hədəfləri olan klubun üç heyəti olmalıdır

"İnter"in hücumçusu Kamran Ağayev Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- İlk oyunda 0:4 hesabıyla uduzduğunuzu nəzərə alsaq, cavab matçına hansı hədəf üçün çıxmışdınız?
- Meydana nə üçün çıxırlar ki? Qələbə qazanmaq üçün. Biz də bunun üçün mübarizə apardıq. Amma uduzduq. Nə etmək olar? "Qarabağ"ı finala çıxması münasibətilə təbrik edirəm. Bu gün üçün bu komanda doğrudan da ölkənin ən yaxşısıdır. Demək olar ki, "Qarabağ"ın üç heyəti var. Qarşısında böyük hədəflər olan komandada belə də olmalıdır.

- Matç qeyri-adi məkanda - "Əlincə Arena"da keçirilirdi...
- Bu stadionun bu qədər gözəl olacağını gözləmirdim. Çox xoşuma gəldi. Bu arenanı kimin, necə tikdiyini bilmirəm. Amma əladır.

- Sizi bu mövsüm yəqin ki, avrokuboklarda görə bilməyəcəyik. Buna görə üzülmürsünüz?
- Hər bir futbolçu Avropa Liqası, Çempionlar Liqası kimi turnirlərdə oynamaq istəyir. Amma buna hər futbolçu, hər komanda nail ola bilmir. Əsas zədədən qaçmaqdır. Yenicə forma yığmağa başlamışdım ki, yenidən zədələndim. Bir ay oynamadım.

- Yayda "İnter"lə müqavilənizin müddəti başa çatır. Yeni müqavilə üçün danışığınız olub?
- Bununla menecerim məşğul olur. Mənim işim futbol oynamaqdır.

- Klubda işlərin tədricən qaydasına düşdüyünü nəzərə alsaq, yəqin ki, qalmaq istəyirsiniz...
- Fikrimcə, heç bir komandada vəziyyət pis deyil. Əsas odur ki, klubun özündə problem olmasın, hədəfləri olsun.

- Yayda avrokuboklarda mübarizə aparacaq klublarımızdan hansınasa keçidiniz mümkündür?
- Hazırda belə bir söhbət yoxdur. Karyera davam edir, sabah harada olacağını bilmirsən. Yalan danışmaq, özümü reklam etmək istəmirəm. Bilirsiniz ki, mənim xarakterimdə belə şeylər yoxdur.

- Mayın sonunda millimizin Avstriya toplanışına dəvət alacağınıza inanırsınız?
- Hələ necə olacağını bilmirəm. Yığmanın qapıları hər bir futbolçunun üzünə açıqdır. Dəvət etsələr, gedəcəyəm. Dəvət etməsələrdə, ürəyim həmişə bu komandanın yanındadır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.